Bakıda damda yatan TƏHLÜKƏ - Külək bizə hansı "sürpriz"i hazırlayıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub. Hadisələrin diqqətçəkən məqamlarından biri isə yaşayış binalarının damlarında yerləşən su çənlərinin küləyin təsiri ilə yerindən qoparaq həyətlərə düşməsi, avtomobillərə və digər əşyalara ziyan vurmasıdır.
İlkin iddialara görə, bəzi binaların damında quraşdırılan su çənləri lazımi qaydada bərkidilmədiyindən güclü külək zamanı asanlıqla yerindən tərpənir və aşağı düşür.
Maraqlısı budur ki, bir neçə il əvvəl mətbuatda yayılan məlumatlarda yaşayış binalarının damlarında sakinlərə məxsus su çənlərinin yığışdırılacağı bildirilirdi. Bəzi binalarda çənlər sökülsə də, digərlərində yalnız su xəttindən ayrılaraq damda saxlanılıb. Nəticədə küləkli havalarda təhlükəli vəziyyət yaranır, çənlərin həyətə aşması isə sakinlər üçün ciddi risk yaradır.
BAKU.WS məsələ ilə bağlı ilk öncə Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlasa da qurum rəsmisi keçmişdə çənlərin yığışdırılması qərarının tərəflərindən verilmədiyini bildirib. Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvandıq.
İcradan deyildi ki, fasiləsiz, 24 saatlıq su təchizatı ilə təmin olunan binalardakı su çənləri Su-kanal idarəsinin əməkdaşlarının iştirakı ilə sökülür.
Lakin bəzi binalarda çənlərin tamamilə götürülmədiyi, sadəcə su xəttindən ayrılaraq damda təhlükəli vəziyyətdə saxlanıldığı diqqətə çatdırılıb.
Buna nümunə kimi Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, bina 2 ünvanı göstərilib.
İcra Hakimiyyətindən isə bildirilib ki, həmin bina fasiləsiz su ilə təmin olunursa, sakinlər çənlərin sökülməsi üçün Su-kanal idarəsinə müraciət etməlidirlər.
Banu Hüseynli
Oxşar xəbərlər
Bakıda səkkiz aylıq hamilə qadın öldü
Bakının Qaradağ rayonunda hamilə qadın ölüb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 17-də saat 6 radələrində Şonqar qəsəbəsində yerləşən fərd...