Misir və Rusiya prezidentləri arasında telefon danışığı olub

Misir Prezidenti Əbdülfəttah əs-Sisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə Misir liderinin ofisi məlumat yayıb.
"Danışıqlar zamanı tərəflər Misir və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi yollarını, xüsusən Süveyş kanalı sahillərində Rusiya sənaye zonası layihəsini, həmçinin "Əl-Dəbaa" AES-in tikintisini müzakirə ediblər", - Misir prezidentinin rəsmi nümayəndəsi Məhəmməd əş-Şinavi sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, iki ölkə liderləri Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib və bir sıra mövzulara, o cümlədən Qəzza zolağında atəşkəs razılaşmasına, Livan və Suriyadakı mövcud vəziyyətə toxunublar.
Əş-Şinavi bildirib ki, tərəflər həmçinin bir sıra məsələləri, o cümlədən Ukraynadakı münaqişə zonasında baş verən son hadisələri müzakirə ediblər.
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
Pakistanda güclü daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı ən azı 220 nəfərə yüksəlib. BAKU.WS xəbər verir ki, məlumatı "ABC News" tele...
