Minlərlə Amerikalı təşvişdə - Naməlum Uçan Obyektlər kameralara düşür
Birləşmiş Ştatlar Uçan Naməlum Obyekt (UNO) ölkənin şimal-qərb bölgələrinə hücumu nəticəsində yaranan çaxnaşma içərisindədir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Cersidə şəhərin və hərbi bazaların səmasında onlarla naməlum uçan obyektlər müşahidə olunub.
Səlahiyyətlilər nəinki onları məhv etmək, hətta onların nə olduğunu və bu UNO-ların haradan gəldiyini izah etməkdə aciz olduqlarını bəyan ediblər.
Kütləvi psixoz kimi görünə bilər, lakin UNO-ları minlərlə amerikalı görüb. Onlar yüzlərlə videokameraya düşüb.
Yerli hakimiyyət, bunların yaxınlıqdakı dənizdə gəmilər tərəfindən buraxılan pilotsuz təyyarələr olduğunu iddia edib.
Qəzetlər baş verənlərə görə İranı günahlandırır. Bununla belə, Nyu Cersidə müşahidə edilən obyektlər nə ölçülərinə, nə də hərəkət rejiminə görə adi dronlara bənzəmir. Donald Tramp ordunu UNO-ları vurmağa çağırır və hökuməti baş verənlərlə bağlı ictimaiyyət üçün vacib məlumatları gizlətməkdə günahlandırır.
Oxşar xəbərlər
Repçi özünə oxşayan şəxsə 10 000 dollar verdi
Repçi Dreyk fərqli addımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, məşhurların oxşarlarının qatıldığı yarışmada onun bənzəri ortaya çıxıb. Həmin müsabiqə Drey...