Milyon dollarlıq yaxtasında, hovuz, sauna, kort zonası olan MƏŞHURLAR - SİYAHI

Bəzi türkiyəli məşhur yay mövsümünü xarici ölkələrdə yox, elə Türkiyədə lüks və bahalı yaxtalarında keçirirlər. Bu yaxtalarda hər cür şərait olduğundan onlar burada 3 ay qala bilirlər. Bu yaxtaların içində böyük hovuzu, saunsaı və kort zonası olanlar belə var. Milyonluq yaxtası olan məşhurlar arasında əsasən müğənnilər və aktyorlar yer alır. Ən lüks yaxtanın qiyməti 20 milyon avrodur.
Bu dəfə BAKU.WS saytı olaraq milyonluq və lüks yaxtaları olan məşhurları araşdırdıq. Sözügedən siyahını oxuculara təqdim edirik:
Aktyor Oktay Kaynarca
Məşhur aktyor Oktay Kaynarcanın 21 metr uzunluğunda lüks yaxtası var. Onun dəyəri 2.5 milyon avroluq yaxtasının adı "Sade"dir. Yaxtada sauna da var.

Aktrisa Pınar Altuğla həyat yoldaşı Yağmur Atacan
Məşhur cütlüyünün 18 metr uzunluğunda "H2O" adlı yaxtası var. Onlar yay boyu 650 000 dollarlıq yaxtalarında istirahət edirlər.

Aktyor Şahan Gökbar
Aktyor Şahan Gökbarın isə seçimi 3 otaqlı lüks yaxtadır. Dəyəri 700 000 avrodur.


Aşpaz Nüsret Gökçe
Aşpaz Nüsret Gökçenin 10 metrəlik "Nüsrət 2010" adlı sürətli yaxtası var. Onun qiyməti 1.5 milyon dollardır.


Meqastar Tarkan
Tarkan lüks yaxtasına qızı Liyanın adını verib. 5 otaqdan ibarət bahalı su nəqliyyat vasitəsinin dəyəri 2 milyonn 13 456 dollardır.

Aparıcı və iş adamı Acun Ilıcalı
Acun Ilıcalının yaxtasının uzunluğu 55 metrdir. Yaxtada tennis üçün geniş kort və 10 metr uzunluğunda hovuz var. Lüks yaxtanın dəyəri 20 milyon avro təşkil edir. Yaxta "BALMY" adlanır.



Oxşar xəbərlər
Moskvada isti hava temperatur rekordunu qırıb
"Moskvada iyulun 10-da havanın temperaturu +33.7 dərəcə təşkil edib ki, bu da yeni rekord sayılır". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu TASS-a Rusiy...