Milyarder İbrahim Suleymanov iki qətlin təşkilində İTTİHAM OLUNDU
Rusiyanın paytaxtı Moskvada saxlanılan milyarder İbrahim Suleymanov iki qətlin və bir qətl cəhdinin təşkilində ittiham olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi "Telegram" kanalında məlumat verilib.
Məlumatda deyilir:
"Suleymanov İbrahim Ameeviç, Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi, 105-ci maddənin 2-ci hissəsinin 'j' bəndi, 30-cu maddənin 3-cü hissəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham olunur".
Qeyd edək ki, iş adamına cinayətkar qrup tərəfindən iki qətlin, həmçinin bir qətl cəhdinin təşkilində iştirakla bağlı ittiham irəli sürülüb.
Bundan əvvəl məlum olmuşdu ki, Moskvanın Basmannı Rayon Məhkəməsi Suleymanov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. O, 2 dekabr 2025-ci ilə qədər İstintaq Təcridxanasında (SIZO) saxlanılacaq.
Hadisə ilə bağlı araşdırmanı Rusiya İstintaq Komitəsinin Mərkəzi Aparatı aparır.
Xatırladaq ki, 2024-cü ildə ittiham olunan şəxs qardaşı Rasul ilə birlikdə iri "Sirena-Travel" İT şirkətinin sahibi olub.
Oxşar xəbərlər
Ukrayna Trampın sülh planının bəzi bəndləri ilə razılaşmayıb
Ukrayna ABŞ prezidenti Donald Trampın Rusiya ilə münaqişənin həlli üzrə təklif etdiyi planın bir sıra bəndlərini qəbul etmir. BAKU.WS xəbər verir ki, bunu Ukra...