Məşhur aparıcı efirdə öpüşdükdən sonra yerə yıxıldı

Məşhur aparıcı efirdə öpüşdükdən sonra yerə yıxıldı
Video
Dünya 49647

Məşhur amerikalı aktrisa və teleaparıcı Dryu Berrimor öz verilişində aktyor Mett Bomeri öpdükdən sonra yerə yıxılıb.

BAKU.WS xəbər verir ki, "The Drew Barrymore Show" proqramının çəkilişi YouTube-da yayımlanıb.

Son bölümlərdən birində Barrimor, arasında Bomerin də olduğu "Modern Last Century" serialının ulduzlarını studiyada qarşılayıb. Aktyor aparıcıya yaxınlaşanda onu öpmək lazım olub-olmadığını soruşub, sonra da bunu edib.

Barrimor zarafatla: "Mənə göstərilən yeganə romantik diqqət budur". Bomer isə cavabında, uzun illər evli olmasına baxmayaraq, vəziyyətin onun üçün də oxşar olduğunu dilə gətirib.

Daha sonra aparıcı ilə aktyor qol-qola çəkiliş yerlərinə gediblər və aparıcı öpüşməyə cavab olaraq zarafatla yerə yıxılıb. Bomer ona ayağa qalxmağa kömək edib və həmkarları, yəqin ki, onları bir yerdə tək qoymalı olduqlarını söyləyərək lağa qoyublar.

Oxşar xəbərlər

Çexiyada qadın gəzinti zamanı xəzinə TAPIB

Çexiyada qadın gəzinti zamanı xəzinə TAPIB

Çexiyada gəzinti zamanı bir qadın içərisində 2150-dən çox gümüş dinar olan keramika qab tapıb. BAKU.WS-in məlumatına görə, bu brədə "Independent" qəzeti yazıb....

39 Dünya 23:24 04 sentyabr 2025

Son xəbərlər