Meksikada sel fəlakətində ölənlərin sayı artır

Meksikada sel fəlakətində ölənlərin sayı artır
Dünya 44

Meksikada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 76-ya yüksəlib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, 5 ştatı əhatə edən təbii fəlakətdə 76 nəfərin həyatını itirdiyi, 39 nəfərin isə itkin düşdüyü bildirilib. Axtarış-xilasetmə işləri hazırda davam etdirilir.

Meksika Prezidenti Klaudia Şeinbaum "X" sosial media platformasındakı paylaşımında selin zərər vurduğu Puebla ştatının Pantepek qəsəbəsini ziyarət etdiyini bildirib. O, yerli hakimiyyət orqanları ilə birgə fəaliyyət göstərdiklərini vurğulayıb.

"Yolların açılması, yardımın bölgəyə çatdırılması və milli qurumlar tərəfindən aparılan zərərin qiymətləndirilməsi barədə əhalini məlumatlandırırıq. Heç kimi geridə qoymayacağıq, siz tək deyilsiniz", – deyə Şeinbaum qeyd edib.

Prezident daha sonra Hidalgo ştatına bağlı Huehuetla və Tianguistengo bölgələrini də helikopterlə havadan müşahidə edib.

Son xəbərlər