Meksikada ölənlərin sayı 64 nəfərə çatıb, 65 nəfər itkin düşüb
Meksikanın beş ştatında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb, 65 nəfərdən çox insan itkin düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə mülki müdafiə üzrə milli koordinator məlumat verib.
Ən çox Verakrus, Puebla, İdalqo, San-Luis-Potosi və Keretaro ştatları zərər çəkib.
Verakrusda yağışlar 40 bələdiyyəyə təsirsiz ötüşməyib, nəticədə 29 nəfər həlak olub, 18 nəfər itkin düşüb.
Pueblada 23 bələdiyyə zərər görüb, 13 nəfər ölüb, 4 nəfər itkin düşüb.
28 bələdiyyənin ziyan dəydiyi İdalqoda 21 ölüm hadisəsi təsdiqlənib və 43 nəfər itkin düşüb.
San-Luis-Potosidə 12, Keretaroda 8 bələdiyyəyə ziyan dəyib, bir nəfər həlak olub.
Oxşar xəbərlər
Böyük Britaniya "Lukoyl" üçün sanksiyaları müvəqqəti ləğv edib
Böyük Britaniya "Lukoyl" şirkətinin beynəlxalq aktivlərinə tətbiq edilmiş sanksiyaları 26 fevral 2026-cı ilədək müvəqqəti ləğv edib. BAKU.WS xəbər verir ki, bu...