Medvedev Avropaya XATIRLATMA: Hitlerin aqibətini unutmayın!
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa ölkələrinə 1945-ci ildə nasist Almaniyasının necə məğlub olduğunu unutmamağı məsləhət görüb.
BAKU.WS xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.
Medvedev yazıb: "Bu (Hitlerin Almaniyasının darmadağın edilməsi) indiki tif xəstəliyinə yoluxmuş neonasist bitlərinə yardım edən Avropanın sədaqətli quyruq bulayanları üçün ibrət dərsi olmalıdır".
Qeyd edək ki, aprelin 20-də Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının nasizm ideologiyasını açıq şəkildə bərpa etməyə çalışdığını bildirib. Onun sözlərinə görə, bu cəhdlərə görə məsuliyyət Brüsselin bürokratik rəhbərlərinin üzərinə düşür.
Lavrov Avropada baş verənləri "çox narahatedici siqnal" adlandıraraq, Rusiyanın bu vəziyyətlə barışmayacağını və nasizm ideologiyasının yenidən baş qaldırmasına imkan verməyəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
Fransada məktəblilərin iştirakı ilə keçirilən etiraz aksiyaları zamanı 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib. BAKU.WS xəbər verir ki, bu barədə Fransanın...