Mask Cey-Di Vensi ABŞ-nin gələcək prezidenti adlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hökumətinin iş səmərəliliyini artırmaq üzrə departamentinin (DOGE) rəhbəri və milyarder İlon Mask Amerika lideri Donald Trampın mümkün varisi barədə fikir bildirib.
BAKU.WS xəbər verir ki, iş adamı deyib ki, gələcəkdə ölkənin prezidenti ABŞ-ın vitse-prezidenti Cey-Di Vens olacaq.
"Ən yaxşı vitse-prezident və bizim gələcək prezidentimiz", – Mask sosial şəbəkədə Vens haqqında paylaşılmış bir yazıya cavab olaraq bildirib.
NBC-nin məlumatına görə, Trampın ətrafı siyasətçinin daha bir müddət seçilməsinə imkan verəcək konstitusiya dəyişikliklərinin mümkünlüyünü araşdırır.
Xatırladaq ki, Maskın rəhbərlik etdiyi departament ABŞ büdcəsinin əsassız xərclərini azaltmaq üçün yaradılıb. Tesla-nın qurucusu federal agentliklərin yenidən strukturlaşdırılmasına rəhbərlik etməlidir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...