Mahsun Kırmızıgül: "Los-Ancelesdə bir professor mənə İstanbulda yaşama, oradan qaç canını qurtar" dedi"

Məşhur müğənni Mahsun Kırmızıgül açıqlaması ilə hamını şoka salıb.
BAKU.WS xəbər verir ki, sənətçi illər əvvəl Los-Ancelesdə qarşıladığı bir seysmoloqun ona İstanbuldan qaçaraq canını qurtarmağı məsləhət gördüyünü deyib. İfaçı fikirlərini belə əsaslandırıb.
"Şəhərin planlaşdırılması çox vacibdir. ABŞ-də Kaliforniyanın bir bölgəsi var. Orada beton binalar tikmək olmaz. Yalnız beton döşəmə ilə taxta konstruksiyalar qura bilərsiniz. Birinci dərəcəli zəlzələ bölgəsi olduğu üçün insanlar tədbir görmüşlər, amma Türkiyəyə baxdığımızda təhrif olunmuş bir şəhərləşmə planı var. Bu belə olmamalıdır. Los-Ancelesdə tanış olduğum seysmoloq İstanbulda üç dəfə seminarda olub. Mənə "Canını qurtar, İstanbulda yaşama. Mən sizin səlahiyyətlilərə dedim ki, xahiş edirəm İstanbulda metro tikməyin. İstanbul birinci dərəcəli zəlzələ zonasındadır və şəhər mərkəzə doğru çökəcək. Amma təəssüf ki, heç bir məmur məni dinləmədi". Bunları mənə 90 yaşlı professor söylədi" -deyə, Mahsun qeyd edib.

Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
İrəvanda Rusiya qırıcısı qəza vəziyyətinə düşüb
Rusiyaya məxsus hərbi qırıcı təyyarə İrəvanda dəmir dirəyə çırpıldıqdan sonra hasara dəyib. BAKU.WS Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə gecə s...
