Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək
05
yan
2026
22:13
ABŞ-nin Nyu-York məhkəməsi qarşısına çıxarılan Venesuela Prezidenti Nikolas Maduronun işi üzrə ilk məhkəmə iclası başa çatıb.
BAKU.WS "Fox News"a istinadən xəbər verir ki, iş üzrə formal tanışlıq xarakteri daşıyan iclas 30 dəqiqəyə yaxın davam edib.
İclasın yekununda Maduro ittiham aktını görmədiyini və hüquqlarından xəbərsiz olduğunu iddia edib.
Məhkəmə Venesuela konsulluğu rəsmilərinin onunla görüşməsinə icazə verib.
Hakim Maduronun 17 martda növbəti məhkəmə iclasında iştirak etməsini tələb edib.
Oxşar xəbərlər
Əraqçi: ABŞ təzminat ödəyənə qədər danışıqlar aparılmayacaq
ABŞ İslamabad Anlaşma Memorandumu çərçivəsində İrana qarşı öhdəliklərini yerinə yetirənə və hücumlar zamanı dəyən ziyana görə təzminat ödəyənə qədər Vaşinqton-T...