Livan Baş naziri İsraillə münasibətlərin normallaşdırılması ideyalarını rədd edib
27
mar
2025
08:40
Livan Baş naziri Navaf Salam Livanın İsraillə münasibətləri yaxşılaşdırmaq istəmədiyini bildirib.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədə heç kim normallaşma istəmir və buna qarşı çıxır. Salam həmçinin qeyd edib ki, İsrailin Livanın cənubunda saxladığı beş nöqtənin heç bir hərbi dəyəri yoxdur və yalnız Livana təzyiq göstərmək üçün gərəklidir.
Oxşar xəbərlər
Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb
Şimali Koreyanın Rusiyadakı səfiri Sin Hon Çxol Moskva ilə Pxenyan arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. BAKU.WS xəbər verir ki, di...