Konklav birinci turda yeni Roma Papasını seçə bilməyib
07
may
2025
23:47
Konklav Vatikanda keçirilmiş ilk səsvermə turunda yeni Roma Papasını seçə bilməyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Sikstin kapellasının bacasından çıxan qara tüstü konklavın ilk səsvermə turunda Roma Papasını seçə bilmədiyini göstərib.
Qeyd edək ki, nəticənin elan olunmasını planlaşdırılandan iki saat çox gözləmək lazım gəlib. Sabah əlavə səsvermə raundları keçiriləcək və qərar qəbul edilənədək davam edəcək.
Xatırladaq ki, kardinallar yeni Papa seçilənə qədər xarici dünya ilə əlaqə saxlamayacaqlar.
Oxşar xəbərlər
Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb
Suriyada keçmiş prezident Bəşər Əsədin ailəsi və yaxın çevrəsindən müsadirə edilən aktivlər hesabına yaradılmış investisiya fondu ölkənin iqtisadiyyatında əsas...