"Klon"un ulduzu vəfat etdi
21
mar
2026
21:24
Məşhur braziliyalı aktyor, rejissor, yazıçı və dramaturq Juka de Oliveyra 91 yaşında dünyasını dəyişib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər vrrir ki, sənətkar martın 21-i səhər saatlarında vəfat edib.
O, martın 13-dən etibarən San-Paulu şəhərində yerləşən xəstəxanalardan birinin reanimasiya şöbəsində müalicə alırdı. Bildirilir ki, aktyor ürək problemləri fonunda inkişaf edən pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Juka de Oliveyra Azərbaycan tamaşaçılarına daha çox Braziliya istehsalı olan "Klon" serialındakı "Doktor Albiyeri" rolu ilə tanış idi.
Oxşar xəbərlər
"Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb
Antiqua və Barbuda bayrağı altında üzən "Cape Dao" quru yük gəmisi mərmi zərbəsinə məruz qaldıqdan sonra Hörmüz boğazı yaxınlığında batıb. BAKU.WS "Report"a ist...