"Klon" serialının aktrisası transparan geyimi ilə gündəm oldu
"Klon" serialının məşhur aktrisası Covanna Antonelli Prado yeni fotoları ilə müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, aktrisa tədbirlərdən birində transparan geyimi ilə gündəm yaradıb. O qara rəngli transparan libasını qızıl aksessuarlarla tamamlayıb.
Covanna Antonelli həmin libasda lentə alınan şəkilləri şəxsi instaqram hesabında izləyiciləri ilə də bölüşüb.
Aktrisanın fotoları Braziliyanın San-Paulu şəhərində yerləşən teatrdakı tədbir zamanı çəkilib.
Xatırladaq ki, "Klon" "Globo" televiziya şirkəti tərəfindən istehsal olunan və 2001-2002-ci illərdə yayımlanan melodram teleserialıdır.
Ekran işində ilk dəfə olaraq müsəlmanların həyat tərzi ətraflı şəkildə göstərilib.
Qalereya
Oxşar xəbərlər
Tramp növbəti dəfə Netanyahunun müdafiəsinə qalxdı
ABŞ prezidenti Donald Tramp yenidən İsrailin baş naziri Benjamin Netanyahunun müdafiəsinə qalxaraq onun əfv olunması ilə bağlı çağırış edib. BAKU.WS xəbər verir...