Kiyev atəşkəsə hazırdır - ŞƏRTLƏR
Rəsmi Kiyev yeni sərhəd tanımadan hazırkı cəbhə xəttində atəşkəsə hazırdır.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, Ukrayna ABŞ-dən bəzi təhlükəsizlik zəmanətləri və Avropa Birliyinə qəbul müqabilində ərazi itkisini tanımadan hazırkı cəbhə xətti boyunca atəşkəsə hazır olacaq.
Ukrayna lideri Vladimir Zelenski Paris, Roma və Berlində Avropa turnesinə çıxarkən, ölkəsinin Avropa Birliyinə sürətlə daxil olacağına dair arxayınlıq almaq istəyir.
İtaliya qəzeti "Corriere della Sera" sentyabrın Ukrayna üçün ən böyük ərazi itkiləri ayı olduğunu xatırladıb:
"Zelenskinin atdığı addım onun indi Ukraynanı diz çökdürməyən çıxış yolu axtarmağın vaxtı olduğuna inamını əks etdirir".
Qəzet əlavə edib ki, Ukrayna əsgərlərinin əhəmiyyətli bir hissəsi Rusiya ərazisində (Kursk yaxınlığında) "tələyə düşüb" və Donbasda yardıma gələ bilmirlər.
Zelenski həmçinin ABŞ-dən Yaponiya, Cənubi Koreya və Filippinə şamil edilən təhlükəsizlik zəmanətləri kimi təminat axtarır.
Oxşar xəbərlər
ABŞ atəşkəsə nəzarət məqsədilə İran və Livanla birgə qrupun yaradılması üzrə hazırlıqları davam etdirir
ABŞ İsveçrədə keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların icrasını davam etdirəcək və bu çərçivədə Livan və İranla birlikdə atəşkəs rejiminin möhkəmləndiri...