KİV: Tramp ABŞ-nin cənub sərhədini qorumaq üçün hərbçilər göndərəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyinin elə ilk günündə ölkənin cənub sərhədində hərbçilərin yerləşdirilməsi haqqında sərəncam imzalamaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Sərəncama əsasən, ABŞ silahlı qüvvələri sərhəd mühafizəsini təmin etmək üçün göndəriləcək. Qeyd olunur ki, Pentaqona maksimum əməliyyat effektivliyinə nail olmaq üçün hərbi resursları federal hüquq-mühafizə və kəşfiyyat orqanları ilə inteqrasiya etmək tapşırılıb.
Telekanal iddia edir ki, bu tədbirlər sərhədə nəzarətin gücləndirilməsi və beynəlxalq cinayətkar qruplarla mübarizə məqsədi daşıyır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...