KİV: İran-ABŞ danışıqları gözlənilir - Əraqçı da İsveçrəyə yollanır
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq məqsədilə İsveçrəyə səfər etməyi planlaşdırır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən "Axios" nəşrinin jurnalisti Barak Ravid sosial şəbəkə hesabında məlumat yayıb.
Bununla belə, Ravidi məlumatlandıran mənbənin sözlərinə görə, nazirin planlarında dəyişiklik istisna olunmur.
"Axios" vurğulayır ki, Əraqçı ABŞ-lə danışıqlara başlamazdan öncə Livan ərazisində İsrail və "Hizbullah" arasında hərbi əməliyyatların tam dayandırılmasını görmək istədiyini bəyan etmişdi.
Qeyd edək ki, daha əvvəl Ravid ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun İsveçrəyə yollandığını, sahibkar Cared Kuşnerin isə artıq sözügedən Avropa ölkəsində olduğunu yazmışdı.
Bildirilir ki, Birləşmiş Ştatlar və İran əsas mübahisəli mövzular, o cümlədən Tehranın nüvə proqramı problemi üzrə danışıqlara başlamağa hazırlaşır.
Oxşar xəbərlər
Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı vəfat edib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal M...