Kardioloqdan alkoqol xəbərdarlığı: Gündəlik nə qədər içmək olar?
ABŞ-də çalışan kardioloq gündəlik alkoqol qəbulunun hansı miqdarda nisbətən məqbul hesab edilə biləcəyini açıqlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, həkim həddindən artıq alkoqol qəbulunun ürəyin fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd edib.
Onun sözlərinə görə, alkoqol orqanizm üçün toksik maddədir və ürək əzələsinin zəifləməsinə, yəni kardiomiopatiyaya səbəb ola bilər.
Həkim bildirib ki, orta səviyyədə alkoqol istifadəsində risk daha aşağıdır. Onun təqdim etdiyi ABŞ standartlarına əsasən, gündəlik qəbul üçün kişilərdə iki, qadınlarda isə bir porsiya həddi qeyd olunur.
ABŞ-də bir porsiya güclü spirtli içki təxminən 45 millilitr hesab edilir.
Kardioloq eyni zamanda vurğulayıb ki, həyat tərzi ilə sağlamlıq arasındakı əlaqə hər zaman eyni nəticəni vermir. O, alkoqol və nikotindən həddindən artıq istifadə edən, buna baxmayaraq uzun ömür yaşayan insanlarla yanaşı, zərərli vərdişlərdən uzaq duran, lakin ciddi sağlamlıq problemləri ilə üzləşən insanlara da rast gəldiyini bildirib.
Oxşar xəbərlər
Tehran kafelərində qəlyan və canlı musiqi qadağan edildi
İranın Tehran şəhərində kafelərdə qəlyan təqdim edilməsi, canlı musiqi ifalarının təşkili və DJ fəaliyyətinə qadağa qoyulub. BAKU.WS xəbər verir ki, bunu Tehran...