Kaliforniyadakı evlərini itirən Hollivud aktyorlarına Rusiyada iş təklif olunub
İnternetdə Hollivud aktyorlarına Kaliforniyadakı yanğınlardan xilas olmaq üçün Rusiyaya gəlməyi təklif edən video yayılıb.
BAKU.WS xəbər verir ki, müvafiq kadrları "SIGNAL" nəşri dərc edib.
Video müraciətlə başlayır ki, məşhurlardan hər hansı biri Kaliforniyadakı evlərini itiribsə, bu müraciət onlar üçündür. Hollivud məşhurlarına Finlandiya körfəzi sahillərində rus hökmdarlarının istirahət etdiyi tarixi məkanda hektarla torpaq sahəsi olan ev almaq imkanı da təklif olunur.
Video Kaliforniyada baş verən yanğınların görüntülərindən, həmçinin Rusiya təbiətinin və Sankt-Peterburq küçələrinin gözəl mənzərələrindən ibarətdir.
Xatırladaq ki, yanvarın 7-də ABŞ-ın Los-Anceles şəhərində güclü meşə yanğınları başladı, ilk olaraq Sakit Okean Palisades sahil bölgəsi yanğınlardan əziyyət çəkdi, sonra isə daha bir neçə yanğın baş verdi. Vəziyyəti qasırğalı küləklər daha da ağırlaşdırıb ki, bu da yanğının yayılmasına səbəb olub.
Oxşar xəbərlər
ABŞ–İran münaqişəsində 42 hərbi hava vasitəsinin itirildiyi iddia edilir
ABŞ Konqresinin yaydığı hesabatda İranla davam edən hərbi gərginlik zamanı ABŞ ordusunun ciddi hava itkiləri verdiyi bildirilir. İtkilərin ümumi sayının 40-dan...