JPMorgan: Kaliforniyada meşə yanğınlarında sığortaçıların itkiləri 20 milyard dollara çatır
ABŞ-nin Kaliforniya ştatında baş verən yanğınlar nəticəsində ümumi zərər 50 milyard dollara yaxın qiymətləndirilir. Onun 20 milyard dolları sığorta şirkətlərinə təsir edib.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti "JPMorgan"ın məlumatlarına istinadən məlumat yayıb.
ABŞ bankının öz müştərilərinə göndərdiyi məktubda sığortaçıların itkilərlə bağlı proqnozları iki dəfə artırılıb - bir gün əvvəl itkilər 10 milyard dollar həcmində qiymətləndirilib.
Mütəxəssislər qiymətləndirmənin bu qədər yuxarı olmasının səbəbini yanğının daha geniş ərazilərə yayılması ilə izah edirlər.
Kaliforniya Yanğınsöndürmə Xidmətinin məlumatına görə, Los-Anceles dairəsində yanğınların ümumi sahəsi təxminən 11 min hektara çatıb. Alov mindən çox tikilini məhv edib və ən azı 5 nəfərin ölümünə səbəb olub, 175 mindən çox istehlakçı işıqsız qalıb.
Oxşar xəbərlər
ABŞ ordusu bu gecə İrana zərbələr endirib
ABŞ ilə İran arasında gərginlik yenidən hərbi mərhələyə keçib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında üç kommersiya gəmisinə e...