İstanbulda metroda YANĞIN - Stansiya bağlandı
14
noy
2024
10:28
Türkiyənin İstanbul şəhərində, metronun Yenikapı stansiyasında naməlum səbəbdən yanğın baş verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, tüstülənmədən sonra sərnişinlər çıxarılıb və stansiya bağlanıb.
Hadisənin ardınca "Metro İstanbul" açıqlama yayıb. Bildirilib ki, səfərlər "Vezneciler" - "Hacıosman" stansiyaları arasında edilir. "Yenikapı" - "Vezneciler" stansiyaları arasında pulsuz avtobuslar xidmət göstərir.
Oxşar xəbərlər
"Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib
İranın cənub-şərqində terrorçu qruplaşmalara qarşı mübarizə gücləndirilib, bəzi silahlılar zərərsizləşdirilib, öldürülənlər də var. BAKU.WS "Report"a istinadən...