İsraildə İran casusu saxlanılıb: Terror aktı planlaşdırırdı
İsrail polisi və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Qüds sakini, 23 yaşlı Ardler Amueli saxlayıb.
Bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, o, İran xüsusi xidmət orqanlarının maraqları naminə tapşırıqları yerinə yetirməkdə və pul müqabilində İsraildə terror aktı planlaşdırmaqda şübhəli bilinir.
İstintaq zamanı məlum olub ki, Amuel 2024-cü ilin oktyabr ayından sosial şəbəkələr vasitəsilə iranlı kuratorla əlaqə saxlayıb və ondan müxtəlif tapşırıqlar alıb: Binaların şəklini çəkmək, avtomobilləri yandırmaq və s.
Bundan əlavə, o, kustar üsulla partlayıcı qurğuların hazırlanması üçün silah və komponentlər almağa çalışıb və özü də kuratorlarına ölkədə təxribat fəaliyyəti həyata keçirməyi təklif edib.
Saxlanılan şəxsə qrupa yeni üzvlər cəlb etmək tapşırılıb.
Oxşar xəbərlər
Kolumbiyada gecə klubuna qumbara atıldı: Ölən və xeyli yaralı var
Kolumbiyanın paytaxtı Boqota şəhərində gecə klubunda baş verən qumbara partlaması nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb. BAKU.WS Oxu.Az-a istinadən xəb...