İspaniyada elektrik qiymətləri 450% artdı

Portuqaliya, İspaniya, Fransa və digər Avropa ölkələrində yaşanan genişmiqyaslı elektrik kəsintisi həyatın iflic olmasına səbəb olub. Cəmi 5 saniyə ərzində elektrik şəbəkəsinin 60 faizi sıradan çıxıb. Nəticədə nəqliyyat, səhiyyə, ticarət və rabitə sistemi çöküb, ölkələr qaranlığa bürünüb.
BAKU.WS İspaniyanın "El Mundo" nəşrinə istinadən xəbər verir ki, elektrik böhranının ardından ölkədə enerji qiymətlərinin bir gün ərzində 450 faiz artdığını bildirib.
Hadisənin səbəbi hələ də rəsmi şəkildə açıqlanmayıb. Lakin kəsinti baş verdikdən sonra qonşu Portuqaliya, təhlükəsizlik tədbiri olaraq İspaniya ilə olan enerji mübadiləsini dayandırdığını bəyan edib.
Hadisədən ən çox zərər görən sahələrdən biri də dəmir yolu nəqliyyatı olub. Madrid, Valensiya və Galiçya kimi bölgələrdə bəzi qatar xətləri tam fəaliyyətə qayıtsa da, Kataloniyada bəzi marşrutlar hələ də mərhələli şəkildə bərpa olunur.
Baş nazir Pedro Sançes məsələni müzakirə etmək üçün bu gün Monkloda 5-ci dəfə fövqəladə Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda oxşar fəlakətlərin qarşısını almaq üçün tədbirlər müzakirə olunub.
Hadisə, İspaniya və Portuqaliyada enerji infrastrukturunun nə qədər kövrək olduğunu bir daha ortaya qoyub.
Qalereya

Oxşar xəbərlər
Hitlerin ölümü ilə bağlı həqiqət ortaya çıxdı
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Adolf Hitlerin intiharı ilə bağlı yeni detallar açıqlayan əvvəllər məxfi saxlanılan arxiv sənədlərini ictimaiyyətə tə...