İrem Derici saxlanıldı
Türkiyənin tanınmış müğənnisi İrem Derici narkotik vasitələrin istifadəsini təşviq etməkdə ittiham olunaraq saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 38 yaşlı sənətçi narkotik təbliğatı ittihamı ilə Şişlidəki evində jandarma qüvvələri tərəfindən nəzarətə alınıb.
Müğənninin hüquqşünası Ayşegül Mermer İrem Dericinin saxlanıldığını təsdiqləyib.
"Hazırda İrem Dericinin ifadəsi alınacaq. Bu məqsədlə jandarma bölməsinə gedirik. Hələlik rəsmi bir açıqlama verilməyib. Proses irəlilədikcə ictimaiyyətə məlumat veriləcək", - deyə vəkil bildirib.
Oxşar xəbərlər
Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər
Kreatin əlavəsi bağırsaq iltihabının beyində yaratdığı zədələnmələri azaltmağa kömək edə bilər. Siçanlar üzərində aparılan araşdırmada bu maddənin yaddaş və öyr...