İran İsrailə qarşı əməliyyatları dayandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
İran İsrailə yönəlmiş hərbi əməliyyatların dayandırıldığını bəyan edib.
BAKU.WS xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Bildirilib ki, İran Silahlı Qüvvələri hazırda İsrailə qarşı hücumları davam etdirmir.
Bununla belə, Tehran bölgədə vəziyyətin yenidən gərginləşəcəyi halda sərt addımlar atacağını da istisna etməyib. Xüsusilə qeyd olunub ki, İsrail ordusu Livanda "Hizbullah"a qarşı əməliyyatlarını davam etdirərsə, İran daha güclü cavab tədbirlərinə əl ata bilər.
Xatırladaq ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrail ərazisinə raket zərbələri endirmişdi. Tehran bu addımı İsrailin Livanda "Hizbullah"a qarşı həyata keçirdiyi hərbi əməliyyatlara cavab kimi qiymətləndirmişdi. Ardınca İsrail ordusu İranın mərkəzi və qərb bölgələrində yerləşən bir sıra hərbi hədəflərə zərbələr endirib.
ABŞ Prezidenti Donald Tramp isə tərəfləri vəziyyəti daha da gərginləşdirməməyə və təmkin nümayiş etdirməyə çağırıb.
Oxşar xəbərlər
Dünyanın ən böyük ərzaq ixracatçıları - SİYAHI
2025-ci ildə dünya üzrə kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan gəlirlər 1,6 trilyon dollar təşkil edib. ABŞ və Braziliya qlobal bazarın əsas ixra...