İran BAEA ilə əməkdaşlıq sazişindən çıxdı
20
noy
2025
22:22
İran ölkədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspert fəaliyyətinin bərpası üzrə sentyabr ayında Qahirədə əldə edilmiş razılaşmanı rəsmən ləğv etdiyini açıqlayıb.
BAKU.WS "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bəyanat verib.
"Bu gün BAEA-nın baş direktoru Rafael Qrossiyə göndərilən rəsmi məktubda razılaşmanı etibarsız elan etdik", - deyə o bildirib.
Nazirin sözlərinə görə, Qahirə razılaşması BMT sanksiyalarının yenidən tətbiq olunmasına imkan verən "tətik mexanizmi"nin işə salınması ilə qüvvədən düşüb.
Oxşar xəbərlər
ABŞ SEPAH-la əlaqələli bəzi sanksiyaları aradan qaldırıb
ABŞ administrasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən üç aviaşirkət və iki təyyarəyə tətbiq olunmuş terrorizmlə bağlı sanksiy...