İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
İranın Pakistanın vasitəçiliyi ilə ABŞ-yə 14 maddədən ibarət yeni təklif paketi təqdim etdiyi bildirilib.
BAKU.WS xəbər verir ki, bu barədə İranın yarı rəsmi "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, Tehranın göndərdiyi təklif əsasən müharibənin dayandırılması ilə bağlı danışıqlar və ABŞ tərəfinin etimadın artırılmasına yönəlmiş addımları üzərində qurulub.
Qeyd edilib ki, İran daha əvvəl də Pakistan vasitəsilə Vaşinqtona yeni şərtlərini çatdırmışdı. ABŞ prezidenti Donald Tramp isə mayın 3-də İranın əvvəlki təklifini "qəbulolunmaz" adlandırmışdı.
Bunun ardından Vaşinqton öz şərtlərini ehtiva edən yeni təklifini Pakistan vasitəsilə Tehrana göndərmişdi. İran isə mayın 10-da cavab olaraq yeni təklif paketini təqdim edib.
Tramp son açıqlamasında İranın cavablarını bəyənmədiyini bildirib və yenidən sərt bəyanatlar səsləndirib.
Oxşar xəbərlər
Moskvada PUA hücumları səbəbindən 109 aviareys gecikib və ya ləğv edilib
Rusiyanın paytaxtı Moskvanın üç hava limanında pilotsuz uçuş aparatlarının (PUA) hücumları ilə əlaqədar 109 aviareysin gecikdirildiyi və ya ləğv edildiyi bildir...