İlon Maskın varidatı 419 milyardı ötüb

İlon Mask dünyanın ən varlı adamı olub.
BAKU.WS xəbər verir ki, Altrata analitik şirkətinin yaydığı məlumata görə, ABŞ-li sahibkar SpaceX, Tesla və X şirkətlərinin rəhbəri İlon Mask 419,4 milyard dollar sərvətlə dünyanın ən zəngin insanı olub.
Dünyada 50 milyard dollardan çox sərvətə malik olan şəxslərdən ibarət siyahıya cəmi 24 nəfər daxildir. Siyahının ilk beşliyində İlon Maskdan sonra Amazonun qurucusu Ceff Bezos, Bernard Arnault, Larry Ellison və Mark Zukerberq yer alıb.
Altratanın məlumatına görə, dünyanın ən varlı 24 nəfərinin ümumi sərvəti 3,3 trilyon dollara bərabərdir ki, bu da Fransanın nominal ÜDM-si ilə müqayisə edilə bilər. Siyahıdakı 16 nəfərin sərvəti isə 100 milyard dolları ötür.
Mütəxəssislər bildirir ki, dünyanın ən varlı şəxsləri texnologiya sektorunda sərvət toplayıblar. Halbuki, XIX və XX əsrin əvvəllərində dünyanın ən varlı insanları sənaye sektorunda çalışan iş adamları olub.
Oxşar xəbərlər
İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb
İsrail Qəzza zolağında quru əməliyyatına start verib. Bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bəyan edib. "Biz əməliyyat...
