Hüseyn Həsənov Moskvada lüks mənzilini təcili satışa çıxarıb
Blogger Hüseyn Həsənova qarşı cinayət işi açılandan dərhal sonra Moskvada üç otaqlı mənzilini 100 milyon rubla satıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, bloggerin 44-cü mərtəbədə 124 kvadratmetrlik, tam təmirli və şəhərə panoramik mənzərəli mənzili olub. Mülk "Neva Towers" elit yaşayış kompleksində yerləşir. Kanal iddia edir ki, Həsənov mənzili həbsdən və müsadirədən xilas etmək üçün tələsik əldən çıxarıb.
Satışdan əvvəl blogger paytaxtda yaşamadığı müddətdə mənzili ayda 750 min rubla icarəyə verib.
Qeyd edək ki, mayın 14-də Hüseyn Həsənov Rusiyada xüsusi külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması faktı ilə bağlı axtarışa verilib və qiyabi həbs edilib. Bu maddəyə əsasən, bloggeri 7 ilə qədər həbs cəzası gözləyir.
Oxşar xəbərlər
"Mango" brendinin qurucusunun oğlu atasının ölümündə şübhəli bilinir
İspaniya polisi "Mango" geyim imperiyasının qurucusu İsak Andicin ölümü ilə bağlı onun böyük oğlu Conatan Andici saxlayıb. BAKU.WS "The Economic Times"ə istinad...