Hüseyn Həsənov Mizulinanı məhkəməyə verəcək

Milyonlarla izləyicisi olan azərbaycanlı bloqer Hüseyn Həsənov Rusiya Rəqəmsal Təhlükəsizlik İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanı məhkəməyə verəcəyini açıqlayıb.
Bu barədə Həsənov özünün "Instagram" səhifəsində paylaşım edib.
Onun bu addımı atmasının səbəbi Mizulinanın sosial şəbəkələrdə bloqerlə bağlı səsləndirdiyi fikirlərdir. Həsənov hesab edir ki, Mizulinanın sosial media hesabı bağlanmalıdır.
Qeyd edək ki, dünən Hüseyn Həsənov barəsində qiyabi həbs qərarı çıxarılıb. O, külli miqdarda pulun yuyulması və qanunsuz leqallaşdırılması ittihamı ilə yeddi ilədək azadlıqdan məhrum edilə bilər. Bloqer isə bu iddiaları təkzib edərək, vergi borcunun olmadığını bildirib.
Həsənovun beynəlxalq axtarışa verilməsindən sonra Mizulina əlavə edib ki, bloqerlə bağlı hüquq-mühafizə orqanlarına ilk dəfə 2023-cü ildə müraciət edib. O, Həsənovu "nağıl danışan dələduz" adlandıraraq, onun fırıldaqçılıq fəaliyyətlərinin ictimai təhlükə yaratdığını deyib.

Oxşar xəbərlər
Tanınmış aktrisa evini dizayn edən memarın pulunu ödəməyib
Aktrisa Elçin Sanqu barəsində xoşagəlməz xəbər yayılıb. BAKU.WS xəbər verir ki, sənətçinin evini dizayn edən şirkətlərdən biri onun haqqında "Dələduzluğu adətə...
