Hindistan Fransadan 10 milyard dollarlıq qırıcılar almaq istəyir
Hindistan Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi yaxın həftələrdə Fransadan 26 ədəd "Rafale Marine" gəmi bazalı döyüş təyyarələrinin alınması və üç "Scorpene" sinifli sualtı qayığın birgə tikintisinə dair təklifə baxmağı planlaşdırır.
Bu barədə "Hindu" nəşri məlumat yayıb.
Bildirilir ki, müqavilənin dəyəri 10 milyard dollardan çoxdur.
Məlumata görə, bu iki müqavilə təsdiqlənmək üçün yaxın iki həftə ərzində Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsinə təqdim olunacaq.
Hindistanın baş naziri Narendra Modi fevral ayında Parisə səfər etməyi planlaşdırır.
Qeyd edək ki, dekabr ayında ABŞ Dövlət Departamenti Hindistana vertolyot avadanlıqlarının 1 milyard dollardan çox dəyərdə satışını təsdiqləyib. Sənəddə qeyd olunur ki, Hindistan hakimiyyəti daha əvvəl Vaşinqtondan rabitə sistemləri, döyüş sursatları, müxtəlif ehtiyat hissələri və digər vertolyot avadanlıqları almaq niyyətində olub.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...