Nazir müavini: "işğaldan azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbəd bərpa edilib"
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il dövlət hesabına Bakıda 3 məscid və 1 kilsədə, işğaldan azad edilmiş ərazilərdə isə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbəddə işlər aparılıb.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət Nazirinin müavini Səadət Yusifova "Tarixi-dini abidələrin mühafizəsi: çağırışlar və perspektivlər" konfransında deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə tarixi-dini irsin inventarlaşdırılması və bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə xüsusi diqqət yetirilib.
"Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkil edilməsi haqqında" fərmanının icrası çərçivəsində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni İrs Xidməti tərəfindən 2020-ci il noyabrın 3-dən etibarən 575 abidənin, o cümlədən Şuşa şəhərində 196 abidənin inventarlaşdırılması aparılır".
Qeyd olunub ki, inventarlaşdırma yalnız abidələrə təkrar baxış keçirilməsi ilə məhdudlaşmır.
Sahə tədqiqatları aparılır, obyektlərin elektron xəritələri hazırlanır, yüksək keyfiyyətli fotoçəkiliş və dronlarla çəkiliş həyata keçirilir, arxiv sənədləri öyrənilir.
Nazir müavininin sözlərinə görə, bu yanaşma mədəni irsin müasir idarəetmə prinsipləri əsasında sənədləşdirilməsinə imkan verir və gələcək bərpa, konservasiya və mühafizə tədbirləri üçün elmi əsas yaradır.
Banu Hüseynli
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...