İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda dağıntılara məruz qalıb

İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda dağıntılara məruz qalıb
Sosial 20

"Minalanmış ərazilərə görə Qarabağ və Şərqi Zəngəzurda yerləşən 130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət Nazirinin müavini Səadət Yusifova "Tarixi-dini abidələrin mühafizəsi: çağırışlar və perspektivlər" konfransında deyib.

Onun sözlərinə görə, aparılmış təhlillər göstərir ki, işğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda dağıntılara məruz qalıb.

Digər abidələrə də zərər vurulub, onların tarixi mənsubiyyətinin mənimsənilməsi və saxtalaşdırılması halları, həmçinin vandalizm aktları qeydə alınıb.

"İnventarlaşdırma zamanı İslam dini abidələrinin də genişmiqyaslı dağıntıya və təhqirə məruz qaldığı müəyyən edilib. Belə ki, işğaldan azad edilmiş ərazilərdə 9 məqbərə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb. Daha 25 məscid, 14 məqbərə və 2 dini obyekt müxtəlif miqyasda dağıntılara məruz qalıb".

Nazirlik nümayəndəsi qeyd edib ki, İslam abidələri ilə yanaşı, xristian dini irsinə aid obyektlər də vandalizm aktlarının qurbanı olub.

Belə ki, Qubadlı rayonunda iki məbəd işğalçı qüvvələr tərəfindən döyüş mövqeyi kimi istifadə edilib. Bir sıra abidələrin divarlarında kiril əlifbası ilə müxtəlif yazılar və ifadələr də aşkarlanıb.

Banu Hüseynli

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər