Ramin Məmmədov: "Dini abidələrin bərpası keçmişə ehtiramın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir"
Dini abidələrin bərpası keçmişə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tarixi-dini abidələrin qorunması: çağırışlarvə perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.
O bildirib ki, hər bir məscid, ziyarətgah, türbə və ya istənilən tarixi-dini abidə yalnız daşlar və memarlıq elementlərindən ibarət tikili deyil, həm də xalqın keçdiyi tarixi yolun, dini, dünya görüşünün, adət-ənənələrinin və milli yaddaşın mühüm daşıyıcısıdır:
"Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bu gün ölkəmizdə mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir".
Banu Hüseynli
Oxşar xəbərlər
Adil Kərimli: "Tarixi-dini ibadət məkanları iki istiqamətdən nəzərdən keçirilir"
"Tarixi-dini ibadət məkanları iki istiqamətdən nəzərdən keçirilir". BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət Naziri Adil Kərimli "Tarixi...