Həmkarları Volkan Konakı göz yaşları içində andı

Həmkarları Volkan Konakı göz yaşları içində andı
Video
Dünya 302

Müğənni Volkan Konakın qəfil vəfatı türk sənət aləmini yasa boğub. Onlardan bəziləri sosial şəbəkə hesablarında, bəziləri isə konsertlərində sənətçini anıblar.

BAKU.WS xəbər verir ki, müğənnilər Özcan Deniz, Deniz Seki və Derya Uluğ səhnə aldıqları məkanda onun mahnılarını səsləndiriblər.

Deniz Seki səhnədə Volkan Konakın "Dido" adlı ifasını səsləndirərkən göz yaşlarnı saxlaya bilməyib.

Müğənni Özcan Deniz isə Kiprdə verdiyi konsert zamanı həmkarının ölüm xəbərini alıb. O növbəti gün çıxış etdiyi Cahidedə Volkanın mahnılarını ifa edərək onu anıb. Özcan bir müddət əvvəl vəfat edən müğənni Edip Akbayramı da unutmayıb. Səhnədə onun da ifalarını səsləndirib.

Müğənni Derya Uluğ isə Volkan Konakı Kiprdəki konserti zamanı anıb. O səhnədə mərhum sənətçinin repertuarına müraciət edib.

Müğənni Tuğçe Kandemir isə Volkan Konakla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

"Bir gün çox məşhur olsam, ilk tanış olacağım adam o olacaq" demişdim. Onun proqramına dəvət alanda həyəcandan ürəyimin gedəcəyini zənn etdim. Mənə "Tuğçe yaz bir gözəl mahnı gəl birlikdə ifa edək" dedi".

Həmkarları Volkan Konakı göz yaşları içində andı

Qeyd edək ki, Volkan Konak 58 yaşında vəfat edib. Sənətçinin Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib.

Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər

Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər

Kreatin əlavəsi bağırsaq iltihabının beyində yaratdığı zədələnmələri azaltmağa kömək edə bilər. Siçanlar üzərində aparılan araşdırmada bu maddənin yaddaş və öyr...

19 Dünya 23:51 15 oktyabr 2026

Son xəbərlər