HƏMAS-la razılığın əldə olunduğu iddia edilir: Hansı girovları azadlıq gözləyir?
Yeniliklərdən dərhal xəbərdar olun
Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində tibbi yardıma ehtiyacı olan israilli girovları, həmçinin anklavda saxlanılan yaşlı insanları və qadın hərbi qulluqçularını azad etməyə razılaşdığı iddia olunur.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat verib.
Nəşrin mənbələrinin məlumatına görə, yaxın bir neçə saat Qəzza ilə bağlı danışıqlar üçün həlledici ola bilər.
Kanal iddia edir ki, HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində anklavda hərbi əməliyyatların tamamilə dayandırılması tələbindən imtina edib, lakin israr edir ki, Qəzzanın şimal rayonlarının sakinləri İsrail hərbçiləri tərəfindən əlavə axtarışlar aparılmadan evlərinə qayıtmaq imkanı əldə etməlidirlər.
Oxşar xəbərlər
Paşinyanla türk jurnalistin səmimi dialoqu: "İndi qardaş olduq"
COP31 sammiti çərçivəsində Türkiyəyə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlə səmimi söhbəti ilə diqqət çəkib. BAKU.WS xəbər veri...