Gürcüstanın yeni prezidenti mitinqlərdə maska taxmağı qadağan edən qanunu imzalayıb
Gürcüstan Prezidenti Mixail Kavelaşvili 29 dekabr andiçmə mərasimi günündə etiraz aksiyalarında maska taxmağı və lazer istifadəsini qadağan edən qanunu imzalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.
Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi "Yığıncaqlar və nümayişlər haqqında" qanuna edilən dəyişikliklərə əsasən, "üzü maska və ya digər vasitələrlə örtmək" qadağan olunub. Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının gözünə və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...