Gürcüstan prezidenti: "Hökuməti devirmək cəhdinə sərt cavab veriləcək"
Gürcüstan prezidenti Mixail Kavelaşvili bəyan edib ki, ölkədə hökuməti devirməyə yönəlmiş hər hansı cəhdlərə qanun çərçivəsində qətiyyətli cavab veriləcək.
BAKU.WS xəbər verir ki, prezident bu fikirləri administrasiyada keçirilən brifinq zamanı səsləndirib.
O bildirib ki, dünən keçirilən bələdiyyə seçkiləri yüksək demokratik standartlara uyğun baş tutub və Mərkəzi Seçki Komissiyası prosesin peşəkar təşkili üçün xüsusi təşəkkürə layiqdir.
Kavelaşvili həmçinin "Gürcü Arzusu" partiyasını seçkilərdə qazandığı qələbəyə görə təbrik edib və seçici fəallığını təmin edən bütün siyasi qüvvələrə minnətdarlığını bildirib.
Prezident Tbilisidə seçkilərlə eyni vaxtda keçirilən etiraz aksiyalarına da münasibət bildirib. O, etirazları "hakimiyyəti zorla devirməyə yönəlmiş təxribat" adlandıraraq qeyd edib ki, aksiyalar zamanı vandalizm və zorakılığa çağırışlar qeydə alınıb.
Kavelaşvilinin sözlərinə görə, bu cür addımların arxasında xarici kəşfiyyat orqanlarının təsiri hiss olunur və dövlət bu cəhdlərə sərt və prinsipial şəkildə cavab verəcək.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...