"Grammy" musiqi mükafatları mərasimi təxirə salındı - SƏBƏB...
Musiqi dünyasının ən prestijli mükafatları arasında yer alan "Grammy"nin keçirilməsi təxirə salınacaq.
BAKU.WS xəbər verir ki, buna səbəb Los-Ancelesdəki meşə yanğınlarıdır.
"Grammy" mərasiminin fevralın 2-də "Crypto.com" arenada baş tutacağı planlaşdırılırdı. Aparıcıların kimlər olacağı və hansı müğənnilərin səhnə alacağı hələ ki, açıqlanmamışdı.
"The Hollywood Reporter"in yaydığı məlumata əsasən, mükafatlandırma mərasiminin təxirə salınması ilə bağlı görüşlər keçirilir.
Qeyd edilib ki, mərasim təxirə düşdükdən sonra formatı da dəyişdirilə bilər.
Bu ilki "Grammy" mükafatlarına namizədlərin adları ötən həftə açıqlanıb. Müğənni Beons bu il 11 kateqoriyada "Grammy"yə namizəddir.
Oxşar xəbərlər
Putin: Yaxın Şərqdə mürəkkəb vəziyyət yaranıb
Yaxın Şərqdə yaranmış vəziyyət problemə çevrilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Putin Türkmənistanda iranlı həmkarı...