"Grammy" mükafatlı müğənni Roberta Flək vəfat edib

Grammy mükafatlı müğənni Roberta Flək vəfat edib
Dünya 176

Məşhur "Killing Me Softly" və "The First Time Ever I Saw Your Face" mahnıları ilə tanınan Roberta Flək 88 yaşında dünyasını dəyişib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, "Grammy" mükafatlı müğənni və pianoçu, ailəsinin yanında vəfat edib.

Qeyd edək ki, 2022-ci ildə ALS diaqnozu qoyulan Flək artıq mahnı oxuya bilmədiyini açıqlamışdı. Onun yaxınları "Roberta Fləkin itkisi bizi dərindən kədərləndirdi. O, ailəsinin yanında sakitlik içində dünyasını dəyişdi" - deyə açıqlama veriblər.

Xatırladaq ki, Fləkin karyerasında dönüş nöqtəsi 1971-ci ildə Klint İstvudun "Play Misty for Me" filmində "The First Time Ever I Saw Your Face" mahnısının yer alması olub. Bu mahnı ilə "Grammy" mükafatı qazanan sənətçi 1973-cü ildə "Killing Me Softly with His Song" ilə ardıcıl ikinci dəfə "İlin Mahnısı" nominasiyasında "Grammy" qazanan ilk ifaçı olub.

1970-ci illərdə "Feel Like Makin' Love" kimi hitlərə imza atan Flək "Where Is the Love" və "The Closer I Get to You" duetləri ilə də böyük populyarlıq qazanıb.

Oxşar xəbərlər

Ağ Evin bir hissəsi bu səbəbdən sökülür

Ağ Evin bir hissəsi bu səbəbdən sökülür

Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olan Ağ Evin bir hissəsi sökülür. BAKU.WS xəbər verir ki, həmin ərazidə ABŞ Prezidenti Donald...

37 Dünya 11:01 21 oktyabr 2025

Son xəbərlər