Fransalı aktyorlar 18 ildən sonra boşandı
Fransa kinosunun sevilən simaları Marion Kotiyar və Qiyum Kenne həyat yollarını ayırmaq qərarına gəliblər.
BAKU.WS xəbər verir ki, xoşbəxt ailə həyatı olan cütlük 18 ildən sonra boşanmaq qərarına gəlib. Onlar qarşılıqlı razılaşma əsasında həyat yollarını ayırıblar.
Bu barədə "Daily Mail" məlumat yayıb. Cütlük bu günə qədər bir çox ekran işində rol alıb.
2017-ci ildə "Rock N'Roll" filmində ər-arvad rolunu canlandırıblar. Aktyorlar ayrılsa da, yaxın zamanlarda eyni filmdə çəkiləcək.
Onlar "Karma" adlı ekran işində rol alacaqlar. Hazırda filmin çəkilişlərinə hazırlıq prosesi gedir.
Marion Kotiyar və Qiyum Kenne şəxsi həyatlarını daim mətbuatdan uzaq tutmağa çalışırdı. Onlar övladları barədə də danışmağı sevmirdilər.
Oxşar xəbərlər
İran BAEA ilə əməkdaşlıq sazişindən çıxdı
İran ölkədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspert fəaliyyətinin bərpası üzrə sentyabr ayında Qahirədə əldə edilmiş razılaşmanı rəsmən ləğv etdiyi...