Əvvəlcə öldürdü, sonra hissələrə bölüb qaynatdı - AZADLIĞA BURAXILDI

Əvvəlcə öldürdü, sonra hissələrə bölüb qaynatdı - AZADLIĞA BURAXILDI
Dünya 284

Hindistanın Haydarabad şəhərində 45 yaşlı təqaüdə buraxılmış hərbçi Qurumunti həyat yoldaşı 35 yaşlı Venkata Madhavini qətlə yetirdiyini etiraf edib.

BAKU.WS Daily Mail-ə istinadən xəbər verir ki, o, cinayəti törətdiyini boynuna alsa da, həbs edilməyib.

Madhavi 16 yanvar tarixində itkin düşüb. Əvvəlcə Qurumunti polisə ifadəsində həmin gün səhər saatlarında evdən çıxdığını və həyat yoldaşını bir daha görmədiyini bildirib. Lakin polis kameraların görüntülərini araşdırdıqdan sonra onun yalan danışdığını müəyyən edib. Videogörüntülərdə Madhavi 15 yanvar tarixində evə qayıtdıqdan sonra bir daha görünməyib.

Dəlillərlə üzləşən Qurumunti cinayəti etiraf edib. Onun sözlərinə görə, mübahisə zamanı həyat yoldaşını divara çırpıb və qadın ölüb. Daha sonra izləri itirmək üçün meşini doğrayıb, parçaları qaynadıb və sümükləri toz halına gətirərək şəhərdəki Mirpet gölünə atıb.

Lakin polis qadının qalıqlarını və ya digər konkret sübutları tapmadığı üçün Qurumuntini həbs edə bilməyib. Hadisə yerindən götürülən bıçaq və qab-qacaq üzərində kriminal ekspertiza aparılır.

Cütlük 13 il evli olub və onların iki övladı var.

Son xəbərlər