Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib
Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan mediası MSK-nın məlumatına istinadən xəbər verir.
***09:01
Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90% faizi sayılıb.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 50,25 faizini qazanıb.
İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyalar bloku 23,31% səs toplayıb. Keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,78% səslə üçüncü yerdə qərarlaşıb. Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4,2% səs toplayıb.
Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88%-nə malikdir. Ölkədə 2005 seçki məntəqəsindən 1199-da səslər sayılıb.
Qeyd edək ki, partiyalar üçün limit 4%, bloklar üçün isə 8% təşkil edir.
Oxşar xəbərlər
İzmirdə 85 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir vilayətinin sahillərində 85 qanunsuz miqrant saxlanılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi Komanda...