Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
Ermənistanın "Alyans" Partiyası iyunun 7-də keçiriləcək parlament seçkisində iştirakdan imtina edərək namizədliyini geri götürüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) təsdiqləyib və yaxın günlərdə məsələ ilə bağlı iclas keçiriləcəyi bildirilib.
Daha əvvəl MSK partiya lideri Tiqran Urihanyanın namizədliyini ölkədə daimi yaşayış tələbinə uyğun gəlmədiyi üçün qeydə almamışdı.
Qanunvericiliyə əsasən, deputatlığa namizəd son dörd ildə ölkədə daimi yaşayan Ermənistan vətəndaşı olmalıdır.
Ermənistanda parlament seçkisində ümumilikdə 16 partiya və iki blok iştirak edəcək. Onlar arasında "Vətəndaş Müqaviləsi", "Ermənistan", "Güclü Ermənistan", "İşıqlanmış Ermənistan" və digər siyasi qüvvələr yer alır.
Oxşar xəbərlər
Tramp Putinlə Rusiyanın dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın dizel yanacağının Amerika və qlobal bazarlara genişmiqyaslı təda...