Erməni kəşfiyyatçı saxlanıldı
Ermənistanda "Kandaz" ləqəbi ilə tanınan kəşfiyyatçı Artur Avanesyan Antikorrupsiya Komitəsinə aparılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Məlumata görə, o, biznesmen və xeyriyyəçi Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının seçki kampaniyası ilə bağlı ehtimal olunan pozuntular üzrə işdə fiqurant kimi keçir.
Bildirilir ki, Avanesyan yaxın zamanda Karapetyanın komandasına qoşulub. O, vaxtilə Qarabağdakı qondarma qurumun "müdafiə ordusu"nda uzun illər xidmət edib və azərbaycanlılara qarşı əməliyyatlarda kəşfiyyatçı kimi iştirak edib.
Qeyd edək ki, "Güclü Ermənistan" partiyası bir sıra siyasi qüvvələrlə blok şəklində Mərkəzi Seçki Komissiyasına sənədlər təqdim edib. Ermənistanda parlament seçkisi iyunun 7-də keçiriləcək.
Oxşar xəbərlər
İran Küveytdəki ABŞ bazasını bu yolla vura bilibmiş
Yaxın Şərqdə müharibənin ilk günlərində İran 1950-ci illərin sonlarında hazırlanmış köhnə F-5 qırıcı təyyarəsi ilə Küveytdə yerləşən ABŞ-nin "Ədeyri" bazasına (...