Əraqçi: Yaponiya gəmiləri Hörmüzdən keçə bilər
Tehran Yaponiya gəmilərinin Hörmüz boğazından keçidinə yaşıl işıq yandıra bilər.
BAKU.WS xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyanın "Kyodo" agentliyinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Tehran qlobal enerji daşımalarının əsas marşrutlarından biri sayılan Hörmüz boğazından Yaponiya gəmilərinin təhlükəsiz keçidini təmin etməyə hazırdır.
Nazir bildirib ki, bu, Yaponiya tərəfi ilə koordinasiya şəraitində mümkün ola bilər. "Yaponiya kimi ölkələr Tehranla razılaşdırılmış şəkildə hərəkət edərsə, onların gəmilərinin təhlükəsiz keçidini təmin etməyə hazırıq", – deyə o vurğulayıb.
Abbas Əraqçi əlavə edib ki, məsələ Yaponiyanın xarici işlər nazir Motegi Toshimitsu ilə son danışıqlarda müzakirə olunub. Tərəflər arasında məsləhətləşmələr davam etsə də, detallarla bağlı məlumat açıqlanmayıb.
Oxşar xəbərlər
İranın paytaxtı Tehranın şərqində partlayış səsləri eşidilir
İranın paytaxtı Tehranın şərq hissəsində ən azı üç partlayışın eşidilir. BAKU.WS "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, gecə boyu və şənbə səhərinə qədər şəhər...