Emre Altuğ bu səbəbdən iki oğluna aliment ödəmir
Müğənni və aktyor Emre Altuğ şəxsi həyatı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, övladlarından danışan Emre onlara illərdir aliment vermədiyini deyib. Buna səbəb müğənninin keçmiş həyat yoldaşı Çağla Şıkellə ayrılarkən sahib olduqları hər şeyi yarı bölmələridir.
"Biz ayrılarkən əmlakımızı ədalətlə bölüşdüyümüz üçün mən də aliment ödəmirəm. Uşaqlarımızın xərclərini də birlikdə ödəyirik. Keçmiş həyat yoldaşımla uşaqlarımızın həyatını asanlaşdırmaq və ən yaxşı təhsil almalarını təmin etmək üçün sözün əsl mənasında bir-birimizlə yarışırıq"- deyə, Emre qeyd edib.
Xatırladaq ki, Emre ilə Çağla 2015-ci ildə boşanaraq 7 illik evliliklərini sonlandırıblar.
Onların iki oğlu var.
Oxşar xəbərlər
Moskva bölgəsi səmasında nadir təbiət hadisəsi görüntülənib
Rusiyada, Moskva yaxınlığındakı Puşkino şəhərinin sakinləri ötən gecə nadir təbii hadisəni - işıq sütunlarını müşahidə ediblər. BAKU.WS xəbər verir ki, bu barə...