Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur
Dünya 42

Keçmiş vəkil Elman Paşayevin oğlu Elvin Paşayevin adı Rusiyanın paytaxtı Moskvada qeydə alınan qətl və dələduzluq üzrə cinayət işində hallanır.

BAKU.WS xəbər verir ki, bu barədə cinayət işinin materiallarına əsasən TASS xəbər yayıb.

İş üzrə ümumilikdə səkkiz nəfər istintaqa cəlb olunub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar Moskva sakinlərinin mənzillərinin ələ keçirilməsində iştirak ediblər.

Elvin Paşayev xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluğun iki epizodu üzrə təqsirləndirilir. O isə ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

İstintaqa 2024-cü ilin oktyabrında Moskvanın şimal-qərbində yerləşən parklardan birində insan sümüklərinin aşkarlanmasından sonra başlanılıb. Araşdırma zamanı məlum olub ki, dələduzlar vəfat etmiş şəxsin mənzilini sataraq əldə etdikləri vəsaiti bank hesabına yatırıb, daha sonra həmin pullar taksi sürücüsü və onun qadın tanışı tərəfindən nağdlaşdırılmağa cəhd edilib.

Elvin Paşayevə qarşı iş isə taksi sürücüsü və onun sevgilisinin saxlanılmasından sonra başlanıb. Hər iki şəxs ittihamları etiraf edib.

Cinayət işi çərçivəsində meyit eksqumasiya olunub və bir sıra ekspertizalar keçirilib. Təqsirləndirilənlərin əksəriyyəti hazırda istintaq təcridxanasındadır. Yalnız bir nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Elman Paşayev özü də daha əvvəl xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə məhkum edilib. İstintaq materiallarına əsasən, o, Aleksey Blinovski və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edəcəyini vəd edərək onlardan 46 milyon rubldan (təxminən 930 min manat) çox pul almaqda təqsirli bilinib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər